Almaniya kansleri Putini tənqid etdi: O, yeganə şəxsdir ki…

0
12

Almaniya kansleri Fridrix Merz Rusiya prezidenti Vladimir Putini İstanbulda Ukrayna danışıqlarına qatılmadığı üçün tənqid edib.

Merz bu barədə Almaniyanın “ZDF” telekanalına danışıb.

O, Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə getməklə xoşməramlılıq sərgilədiyini söyləyib. Qeyd edib ki, getməməklə səhv edən yeganə şəxs Vladimir Putindir.

Merz Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi hazırladığına diqqət çəkib: “Bu paket hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul edilərək qüvvəyə minəcək”.