Yüksək spirt tərkibli alkoqollu içkilərin qəbulu koronavirusu öldürmür, əksinə, immun sistemə mənfi təsir göstərir.
Bu barədə “Rospotrebnadzor” (RF İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) məlumat verir.
Qeyd olunur ki, qorxu və dezinformasiya alkoqolun koronavirusu öldürəcəyi barədə mifin yaranmasına səbəb olub. Qurum spirtli içkilərdən istifadənin, əksinə, insanların xəstəliklərə qarşı həssaslığını artıra biləcəyini vurğulayıb.
“Alkoqol immun sistemə mənfi təsir göstərir və sağlamlıq üçün təhlükə riskini artırır. Odur ki, insanlar istənilən vəziyyətdə, xüsusən də COVID-19 pandemiyası şəraitində alkoqol istifadəsini minimuma endirməlidir”, – qurumdan bildirilib.