Alkoqoliklər niyə koronavirusa yoluxmur? – Tanınmış pediatr açıqladı

0
393

Pediatr və televiziya aparıcısı Yevgeni Komarovski alkoqoliklərin və narkomanların koronavirus infeksiyasına qarşı çıxma şansları ilə bağlı suala cavab verib.

Alkoqol və narkotik istifadə edən insanların COVID-19-a yoluxması haqqında statistika görmədiyini söyləyən həkim bu cür insanların bir üstünlüyə sahib olduqlarını qeyd edib: onlar daim özlərini təcrid edirlər.

“Onların tanışlıq dairəsi məhduddur. Buna görə də koronavirusa yoluxmaq şansları yoxdur”, – deyə Komarovski bildirib.

Həkim aprel ayında bəzi insanların xəstələrlə təmasdan sonra belə yeni tip virusa yoluxmama səbəbini də izah edib. O bildirib ki, bu ehtimal immunitet sistemindən qaynaqlanır.

“Yerli immunitet selikli qişaların qoruyucu xüsusiyyətləridir. Burun, bronxlar, bağırsaq selikli qişasında selik ifraz olunur. Onun tərkibində xüsusi maddələr – sekretor immunoqlobulinlər var. Virusları vücudu işğal etməyə çalışdıqları yerlərdə zərərsizləşdirə bilərlər”, – deyə Komarovski izah edib.