Alimlərin yeni tədqiqatı hər kəsi təəccübləndirdi: Ay da quruyur

0
154

ABŞ, İngiltərə, Kanada və İsveç alimləri Ay qabığında suyun olması ilə bağlı ümumi fərziyyələri dəyişdirən araşdırmalar aparıblar.

Tədqiqatçıların araşdırması nəticəsində 4 milyard il əvvəl Ay qabığının ilk formalarında düşünüldüyündən daha çox su olduğu müəyyənləşib.

Qərb Universitetinin Yer Elmləri Departamentinin planetar geoloqu Qordon Osinski ilə işləyən kosmokimyaçı Tara Hayden ilk dəfə Ay qabığının erkən formalarında ən çox yayılmış fosfat mineralı olan apatitin varlığını aşkar edib.

Hayden bu kəşfin inanılmaz dərəcədə həyəcanverici olduğunu söyləyib: “Bu, bizə Ayın tarixinin əvvəllər naməlum olan mərhələsini bir araya gətirməyə imkan verir və Ayın erkən dövrünün su baxımından gözlədiyimizdən daha zəngin olduğunu ortaya qoyur”.

Qeyd edək ki, araşdırma “Nature Astronomy” jurnalında dərc olunub.