Alimlərin tapdığı yeni bakteriya plastikləri yeyə və emal edə bilər

0
468
Stack of crushed colorful plastic bottles background waiting for recycle

 

İsveçrəli alimlər buz qatında 13 milyon il yaşı olan bakteriya aşkar ediblər.

Sözügedən mikroorqanizm plastikləri yeyə və emal edə bilir.

Qeyd olunur ki, İsveçrənin Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutunun (WSL) mütəxəssisləri Alp dağlarının şərqindəki Şhafberq dağında buz qatı nümunələrini araşdırıblar. Burada hipotermik bakteriyanın on yeni növü və yeni maya növü aşkar edilib.

İnstitutun nümayəndəsi qeyd edib ki, bu cür nəticə əldə olunacağını gözləməyiblər. “1000 bakteriya növünə rast gəliriksə, onlardan 300-ü yalnız buz qatındadır”, – deyə, o bildirib.

Mütəxəssislərin fikrincə, aşkar olunan bəzi bakteriya növləri bioreaktorlarda, poliqonda plastik tullantıları məhv etmək üçün istifadə oluna bilər.