Alimləri qorxudan statistika – Rekord istilərin ən böyük səbəbi…

0
10

Yeni temperatur rekordu 2025-ci ilin ilk ayında qeydə alınıb. Ötən ay “ən isti yanvar” kimi tarixə düşüb.

Bu barədə Avropa İttifaqının iqlim dəyişikliyi xidməti “Kopernik” (C3S) məlumat yayıb.

Qlobal miqyasda 2025-ci ilin yanvar ayı 2024-cü ilin yanvarından 0,09 dərəcə isti olub.

Mütəxəssislər qeyd edirlər ki, rekord istilərin ən böyük səbəbi kömür, neft və təbii qazın yanması nəticəsində yaranan istixana qazlarının yığılmasıdır.

Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün isə qalıq yanacaqlardan uzaqlaşmaq və meşələrin qırılmasının dayandırılması ən vacib addımlardandır.

Səlahiyyətlilər vurğulayırlar ki, qlobal istixana qazı emissiyalarını təcili olaraq azaltmaq üçün daha sərt tədbirlərə ehtiyac var.