Alimlərdən XƏBƏRDARLIQ: İçmədiyiniz hər damla bəlaya çevriləcək

0
486
Alimlərdən XƏBƏRDARLIQ: İçmədiyiniz hər damla bəlaya çevriləcək

ABŞ-da su içmə vərdişlərinə dair araşdırma aparılıb.

Alimlər sonda təəccüblü nəticələrlə qarşılaşıblar.

Araşdırmalar göstərir ki, kifayət qədər su içməyən bir çox insanlar dərman qəbul edərək susuzluqdan qaynaqlanan simptomları aradan qaldırmağa çalışırlar.

Bədənimizin təxminən üçdə ikisi sudan ibarətdir. Kifayət qədər su içmək sağlamlıq üçün vacibdir. Bu elmi həqiqət yaxşı bilinsə də əksər insanlar tərəfindən tətbiq olunmur.

Baş ağrısı, başgicəllənmə və yorğunluq susuzluq əlamətləridir

Araşdırmanın ən təəccüblü nəticələrindən biri də bir çox insanın susuzluq əlamətlərini – baş ağrısı, yorğunluq və başgicəllənməni dərmanlarla aradan qaldırmağa çalışmasıdır. Əslində adı çəkilən əlamətləri su içərək aradan qaldırmaq mümkündür.

Araşdırmada 2 min insanın su içmə vərdişləri təqib edilib. Tədqiqat göstərib ki, hər 3 iştirakçıdan 2-si dehidrasiya xəstəliklərini ( Red: bədəninizin içdiyinizdən daha çox maye itirməsidir ) aradan qaldırmaq üçün ağrı kəsicilər qəbul etməyə qərar veriblər.

Tədqiqat, 2 min iştirakçının əksəriyyətinin gündəlik içməli olduqları suyun yarısını belə qəbul etmədiklərini üzə çıxarıb.

Mütəxəssislər çox az su içməyin bir çox ciddi xəstəliyə yol açdığı ilə bağlı xəbərdarlıq ediblər.