Alimlərdən şok araşdırma: Əsrin sonuna qədər tamamilə yox ola bilər

0
16

Elm adamları önümüzdəki illərdə buzlaqların gözləniləndən daha sürətlə əriyəcəyini bildiriblər.

Beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan araşdırma 2012-2023-cü illər arasında buzlaqların itkisinin 2000-2011-ci illər ilə müqayisədə 36 faiz artdığını müəyyən edib. Araşdırmaya görə, hər il orta hesabla 273 milyard ton buz itirilir.

Ümumdünya Buzlaqların Monitorinqi Xidmətinin (WGMS) koordinasiya etdiyi araşdırmada, ötən əsrdə sahə və peyk ölçmələri birləşdirilərək qlobal ərimənin qiymətləndirilməsi aparılıb. Nəticələr BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin son hesablamalarından daha sürətli buzlaqların itirilməsinə işarə edir.

İsveçrənin Sürix Universitetinin professoru Maykl Zemp deyib ki, qlobal temperaturlar buzlaqların itirilməsini sürətləndirən insan fəaliyyəti nəticəsində atmosferə atılan istixana qazları səbəbindən yüksəlir:

“Bu o deməkdir ki, dəniz səviyyəsi əvvəllər proqnozlaşdırılandan daha çox yüksələ bilər. Bu, həm sadə, həm də mürəkkəb bir həlldir. Araşdırmaya görə, 2000-ci ildən bəri qlobal buzlaqların təxminən 5 faizi itirilib. Lakin bu itkilər regional fərqləri göstərir. Antarktidadakı buzlaqların cəmi 2 faizi əridiyi halda, Avropa Alp dağlarında bu nisbət 40 faizə çatır”.

Mütəxəssislər kiçik buzlaqların daha sürətlə əridiyini və bir çoxunun bu əsrin sonuna qədər tamamilə yox ola biləcəyini deyirlər.