Antarktida üzərindəki ozon dəliyi aradan qalxmaqdadır.
Bunu Massaçusets Texnologiya İnstitutunun alimləri bildiriblər.
Alimlər qeyd ediblər ki, bu, freonların istifadəsinə qoyulan beynəlxalq qadağalar nəticəsində baş verib. Onlar Monreal protokolunun ozon təbəqəsinin qorunmasına müsbət təsirini 95% əminliklə təsdiqləyiblər.
Ozon təbəqəsinin bərpası zərərli ultrabənövşəyi radiasiyadan qorunmanı gücləndirir və dəri xəstəlikləri, eləcə də göz zədələnmələrinin qarşısını alır.
Qeyd edək ki, uzun illər boyu aerozol qutularında, soyuducularda və kondisionerlərdə istifadə edilən xloroflorokarbonlar (freonlar) nəhəng ozon dəliyinin yaranmasına səbəb olmuşdu.