Alimlərdən inanılmaz kəşf: Donmuş insanlar həyata qaytarılacaq

0
71

Alimlər beynimizi əbədi olaraq qorumaq üçün bir ilkə imza atıb.

Çinin Fudan Universitetində çalışan nevroloq professor Zhiçenq Şao neyronları donma zamanı zədələnmədən qoruyan “MEDY” adlı mürəkkəb kimyəvi qarışıq hazırlayıb.

Professor beyin toxumasını kristallaşmadan soyuq saxlayan və qocalmasının qarşısını alan fərqli bir maddənin axtarışına çıxıb. Araşdırmalar nəticəsində tapılan qarışıq sayəsində beyin toxuması qorunmaqla yanaşı, normal fəaliyyətini bərpa edərək həyata qaytarılıb.

Professorun sözlərinə görə, təcrübələr uğurlu olarsa, gələcəkdə donmuş insanları həyata qaytarmaq mümkün olacaq:

“Beyin hüceyrələrimizin 80 faizi sudan ibarət olduğu üçün bəzən donduğumuz zaman buz kristalları əmələ gəlir.

Kriogen dondurulmuş beyin toxuması zədələnmədən uğurla əridilib. Üstəlik, dondurulduqdan sonra onun neyronları hələ də normal olaraq siqnal göndərə bilirdi. Bu, elm üçün böyük problem idi, çünki ultra həssas, süngər kimi beyin toxuması dondurulduqda tez-tez zədələnir və əridikdə istifadəyə yararsız hala gəlir.

Dondurulmuş beyin toxumasını zədələmədən əritmək təkcə yeni dərmanlar üzərində işləmək istəyən nevroloqlar üçün bir irəliləyiş deyil, həm də gələcəkdə insanları həyata qaytarmaq ideyasını irəli sürəcəyi gözlənilir.

İdeya ondan ibarətdir ki, insanlar gələcəkdə elmin onları sağlam şəkildə həyata qaytarmaq üçün kifayət qədər irəliləyəcəyi ümidi ilə bədənlərini dondurub qeyri-müəyyən müddətə saxlaya bilərlər”, – deyə professor qeyd edib.