
Dünya alimlərindən ibarət beynəlxalq komanda D vitamininin qəbulu və koronavirusun gedişatı ilə bağlı son araşdırmaları təqdim ediblər.
Aparılan son tədqiqatlar nəticəsində D vitamininin COVID-19 xəstəliyinin gedişatına müsbət təsir göstərdiyi məlum olub.
Alimlər xüsusi olaraq vurğulayıblar ki, orqanizmdə D vitamininin səviyyəsi normal olan insanlar koronavirusu daha asan keçirir.
Əksinə, koronavirusa yoluxmuş və orqanizmdə D vitamini səviyyəsi az olan insanların virusdan zərər görmək riski daha yüksəkdir və bir çox hallarda bu xəstələri ventilyasiya aparatına qoşmaq ehtiyacı yaranır.
Əlavə olaraq vurğulanır ki, insanların kifayət qədər D vitamini ehtiyatı olsaydı, COVID-19-dan ölən 10 şəxsdən doqquzunu xilas etmək mümkün olardı.