Alimlərdən Ayla bağlı yeni kəşf: Böyük toqquşma nəticəsində…

0
19

Alimlər Ayın səthindəki nəhəng kanyonların 10 dəqiqədən az müddətdə əmələ gələ biləcəyini aşkar ediblər.

Yeni araşdırmalara görə, böyük toqquşma nəticəsində Ayın səthində iki nəhəng kanyon bir-birindən bir neçə dəqiqə sonra yaranıb.

Alimlər Ayın cənub qütbünün yaxınlığında Şrödinger kraterindən xaricə uzanan Vallis Şrödinger və Vallis Plank adlı iki böyük kanyonu tədqiq ediblər.

Bu nəhəng strukturların, böyük bir göy cisminin Aya dəyməsi nəticəsində atılan materiallardan əmələ gəldiyi düşünülür.

Planetoloq David Krinq və ABŞ-dakı Ay və Planet İnstitutundan olan komandası Ayın səthinin şəkillərini təhlil edərək, bu toqquşma nəticəsində onun hansı forma alacağını modelləşdiriblər.

NASA-nın 2027-ci ildə buraxılması planlaşdırılan Artemida III Ay missiyası Ayın cənub qütbünün yaxınlığında yerə enəcək. Tədqiqatçılar hesab edirlər ki, komanda bu bölgədəki geoloji birləşmələri daha ətraflı tədqiq edə biləcək.