“Sadə fiziki aktivlik yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”.
London Universitetinin Epidemiologiya və Səhiyyə İnstitutunun tədqiqatçıları Mikaela Blumberq və professor Endru Steptou bu gözlənilməz kəşfləri ilə bağlı açıqlama veriblər.
Onların sözlərinə görə, koqnitiv qabiliyyətlər artıq ilk fiziki məşqdən sonra yaxşılaşır və bunun üçün idman zalına getmək mütləq deyil.
“Bu, mülayim və ya intensiv aktivlik ola bilər. Ürək döyüntülərini sürətləndirən hər hansı fəaliyyət – sürətli gəzinti, rəqs və ya bir neçə mərtəbə pilləkən qalxmaq kifayət edir. Yəni mütləq strukturlaşdırılmış məşqlər etmək vacib deyil”, – deyə Blumberq bildirib.
O əlavə edib ki, aparılan tədqiqatlar fiziki aktivlik sayəsində yaddaşı 24 saata qədər yaxşılaşdırmağın mümkün olduğunu göstərib.
“Bu, əvvəllər düşündüyümüzdən daha uzun bir müddətdir”, – deyə ekspert dəqiqləşdirib.
Tədqiqatın həmmüəllifi professor Steptou da bu araşdırmanın idmanın beyinə dərhal faydalı təsirini sübut etdiyini təsdiq edib.