Alimlər ultrasəs skanı vasitəsilə meymunların düşüncələrini oxuya biliblər

0
354

İnsanların fikirlərini oxumaq üçün nəzərdə tutulmuş ən müasir texnologiyalar beyinə yeridilən ən kiçik naqillərdən ibarətdirlər. Lakin amerikalı alimlər bu yolda digər bir üsul kəşf ediblər. Belə ki, onlar meymunların məqsədli göz və əl hərəkətlərini öncədən təyin etmək üçün ultrasəs skanından istifadə ediblər. Əgər bu üsul təkmilləşsə, o, iflic insanların beyinlərində cərrahi proseslər keçirtmədən onların protezləri idarə edə biləcəklərinə şərait yaradacaq.

Ultrasəs dalğaları birinci il deyil ki, insanın daxil orqanlarının təsvirlərinin əldə olunmasında istifadə edilir. Xüsusi cihaz ultrasəs siqnallarını göndərir və həmin siqnallar müxtəlif toxumalar ilə mayelər arasındakı sərhədləri göstərirlər. 10 il bundan öncə alimlər insan beyninin skan olunması üçün ultrasəsi adaptasiya etmişdilər. Funksional ultrasəs vizualizasiyası üsulu skan olunan obyektin daha geniş sahəsini sürətlə əhatə etmək üçün geniş və yastı səs axınından istifadə edir. Bu üsul ilə neyronların aktivliklərinə işarə edən qan axını prosesindəki dəyişikliklər təyin edilir.

Lakin neyronların elektrik aktivliklərini birbaşa təyin edən elektrodların beyinə yeridilməsindən fərqli olaraq ultrasəs üsulu beynin qoruyucu membranını çıxartmağı tələb etmir. Funksional ultrasəs beynin toxumasına daxil olmadan beynin dərinliklərinə daxil ola bilr. Bu texnologiyanın istifadəsi ilə beyin siqnallarının sürət və dəqiqlik itkisi olmadan kompüterə otürülməsi mümkünlüyünü yoxlamaq üçün Kaliforniya Texnoloji İnstitutunun alimləri domino ölçüsündə olan çeviriciləri iki meymunun kəlləsinə yerləşdiriblər. Çeviricilər naqillər vasitəsilə kompüterə qoşulu olublar və meymunların beyinlərinin arxa qabıqlarına səs dalğaları ötürüblər.

Meymunlar ekranın sol və ya sağ küncündə siqnalın ortaya çıxması anında mərkəzdəki nöqtəyə fokuslamaq üzrə təlimatlandırılmışdılar. Mərkəzdə nöqtə itən zaman meymunlar öz diqqətlərini siqnalın ortaya çıxa biləcəyi sol və sağ künclərə yönəldirdilər. Digər təcrübə çərçivəsində isə meymunlar ekrandakı nöqtə istiqamətində joysticki hərəkət etdirməli idilər. Daha sonra kompüter alqoritmi ultrasəs məlumatlarını meymunların niyyətləri barəsində fərziyyələrə çevirmişdi. Nəticədə alqoritm meymunların nə zaman hərəkət edəcəklərini və onların nəzərlərinin istiqamətlərinin dəyişib-dəyişməyəcəyini öncədən təyin etməyi bacarıb.

Hərəkətin sol və ya sağ istiqamətə olacağının proqnozlaşdırılması dəqiqliyi gözlər üçün 78%, əllər üçün isə 89% təşkil edib. Bu tədqiqatın digərlərindən fərqi ondadır ki, alimlər hərəkətlərin dəfələrlə təkrar olunmasına ehtiyac duymadan onları öncədən dəqiqliklə təyin etməyi bacarıblar. Bu isə öz növbəsində neyrointerfeyslərin yaradılması prosesini sadələşdirir. Belə ki, kompüterin bu və ya digər əmri başa düşməsi üçün insanın həmin əmrləri təkrar etməyinə ehtiyac qalmayacaq. Növbəti tədqiqat mərhələsində bu üsul il proqnozlaşdırma real şərtlər çərçivəsində robotlaşdırılmış ələ tətbiq olunacaq.