Alimlər sintetik kainat yaratdılar

0
64

ABŞ-nin Milli Aviasiya və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri “OpenUniverse” adlı kosmosun virtual modeli olan sintetik kainat yaradıblar.

Bu model qaranlıq materiyanı öyrənmək və yeni nəsil superteleskoplardan istifadə etməklə araşdırma aparmaq üçün nəzərdə tutulub.

Mütəxəssislər İllinoys ştatındakı Arqon Milli Laboratoriyasının “Theta” superkompüterindən istifadə ediblər. Müşahidə olunan məkanın rəqəmsal surəti təxminən 4 milyon təsvirdən ibarətdir. O, kainatı 2027-ci ildə buraxılması planlaşdırılan Nensi Qreys Roman teleskopu tərəfindən göründüyü kimi göstərir.

Komandanın məlumatına görə, “Theta” “OpenUniverse” simulyasiyasını doqquz gündə tamamlayıb. Halbuki standart istehlakçı noutbukunda bu cür işi görmək təxminən 300 il çəkəcəkdi.

Nensi Qreys Roman teleskopu kosmosun ümumi kütləsinin 70%-ni təşkil edən sirli qaranlıq maddənin axtarışında istifadə olunacaq.