Alimlər məlumatı beyinə yükləyəcək yeni bir üsul tapdılar

0
460

 

Elm insanları, aktiv öyrənmə üsulları üzərinə işə davam edərkən, bir tərəfdən də daha asan və qısa üsullarla öyrənmənin yollarını araşdırmaya davam edirlər. HRL Laboratoriyasından araşdırmaçılar, beyinə yeni məlumat yükləməyin fərqli bir yolunu kəşf etdilər.

HRL Laboratoriyaları, təhsilli bir pilotun həqiqi bir təyyarə simulatorunu istifadə etməni öyrənərkən beynindəki elektrik siqnallarının məlumatlarını, başqa bir fərdə köçürə bildiklərini açıqladılar.

HRL Laboratoriyalarıdan verilən şərhdə belə deyilir: “Spesifik olaraq həm beyni, həm də mühərrik imkanlarını tələb edən bir təyyarəni uçurmağı sınadıq. Bir şey öyrəndiyində beyin, fiziki olaraq dəyişir”.

Araşdırma nəticəsində, təcrübəyə qatılan insanlar, qatılmayanlara görə, təyyarə simulyasiyasını 33% nisbətində daha asan öyrəndilər.

Araşdırmaçılar, danışma və yaddaşa almaq kimi əməliyyatların beynin çox xüsusi hissələrində edildiyini, hissələrin böyüklüklərinin də bu əməliyyatlara görə dəyişdiyini ifadə edirlər. Elm insanlarının da etdiyi, beynin bu müəyyən bölgələrində etdiyi dəyişiklikləri hədəfləmək və surətini yaratmaqdır.