Alimlər ilk dəfə aşkar etdilər: miqren ağrıları ilə qlobal istiləşmə arasında…

0
100

Sinsinnati Universitetinin Tibb Kolleci və Sinay dağındakı “Icahn” Tibb Məktəbindən tədqiqatçılar qrupu tərəfindən aparılan yeni araşdırmaya görə, havanın temperaturu yüksəldikcə miqren tutma ehtimalı da artır.

Bu, qlobal istiləşmə və miqren ağrıları arasında əlaqəni tapan ilk araşdırmadır.

Tədqiqatçılar 660 miqren xəstəsində apardıqları araşdırmaya əsasən, hər gün temperaturun hər 10 dərəcə artımı zamanı baş ağrısı hallarının da 6% artdığını aşkar ediblər.