Alimlər həyəcan təbili çaldı: “Dünyanın ağciyəri” məhv olur

0
110

“Daily Mail” qəzetinin məlumatına görə, elm adamları yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Alimlər ağacların kəsilməsi, yanğınlar və həddindən artıq quraqlıq səbəbiylə Amazonun 38 faiz hissəsinin pisləşdiyini bildiriblər. Onlar 2050-ci ilə qədər tropik meşələrin 47 faizinin məhv ola biləcəyini düşünürlər.

Ekosistemi əsasən yağışdan asılı olan Amazon meşələri dünyadakı oksigenin çox hissəsini istehsal etdiyi üçün “dünyanın ağciyərləri” olaraq xarakterizə edilir. Rütubət səviyyəsi bu cür düşməyə davam edərsə, Amazonun quraq əraziyə çevriləcəyi proqnozlaşdırılır.

Araşdırmanın təfərrüatı “Nature” jurnalında dərc olunub.