Amerikalı alimlər xüsusi araşdırmalar zamanı müəyyən ediblər ki, qida rasionunda çoxlu şəkər və şirniyyatlar yaddaş zəifliyinə, məntiqi düşünmək, problemləri həll etmək və böyük miqdarda məlumatı mənimsəmək qabiliyyətinin azalmasına səbəb ola bilər.
Alimlər şirniyyat aluçədilərinin tez-tez ciddi yaddaş problemləri ilə üzləşdiklərini qeyd ediblər.
“Şirniyyata aludə olan insanların hətta öz adi məsuliyyətlərinin və kiçik intellektual stresslərinin öhdəsindən normal gələ biləcəklərinə ciddi şübhələrini ifadə ediblər. Üstəlik, şəkərdən asılılığın xüsusilə uşaqlara – məktəblilərə və 18 yaşdan kiçik yeniyetmələrə ağır təsir etdiyinə dair sübutlar var. Ehtimal olunur ki, şəkər uşaqlarda psixiatriya ilə əlaqəli ciddi xəstəliklərin inkişafına da təsir göstərir”, – ABŞ alimləri xəbərdarlıq ediblər.