Alimlər əsrlər boyu şarj edilmədən işləyə biləcək nüvə batareyası hazırlayıblar

0
48

Cənubi Koreyada onilliklər və hətta yüzilliklər boyunca enerji təmin edə bilən yeni nüvə batareyası konsepsiyası hazırlanıb.

Ixtira Koreya Elm və Texnologiya İnstitutunun alimlərinə aiddir. Onların araşdırmalarının nəticələri “The American Chemical Society” qurumunun saytında dərc olunub.

Bildirilir ki, texnologiya litium-ion batareyalarını əvəz etməyi hədəfləyir və xüsusilə dronlar, uzaqdan müşahidə sistemləri və tibbi implantlar üçün faydalı ola bilər.

Yeni batareyanın əsasını betavoltaika texnologiyası – beta-şüalanmasını elektrik enerjisinə çevirmə – təşkil edir. Alimlər bunun üçün karbon-14 radioaktiv izotopundan istifadə ediblər. Bu material ucuz, asan əldə edilə bilən və uzunmüddətli işləmə qabiliyyətinə malikdir.

Səmərəliliyi artırmaq üçün alimlər dioksid titan əsaslı yarımkeçirici təbəqə və rutenium əsaslı boya tətbiq ediblər. Bundan əlavə, karbon-14 həm anodda, həm də katodda istifadə edildiyindən enerji itkiləri azalıb və dönüşüm əmsalı 0,48%-dən 2,86%-ə qədər yüksəlib.

Hazırkı prototip hələ ki, enerjinin yalnız kiçik bir hissəsini çevirə bilir. Lakin alimlər hesab edirlər ki, daha optimal dizayn və inkişaf etmiş uducu materiallar sayəsində bu batareyaların məhsuldarlığı artırıla bilər.

Gələcəkdə belə uzunömürlü enerji mənbələri həmçinin ürək stimulyatorları və digər avtonom cihazlarda geniş istifadə oluna bilər.