Ali Məhkəmənin sabiq hakimi vəfat etdi – FOTO

0
414

Azərbaycan Ali Məhkəməsinin sabiq hakimi Nəriman Hüseynov vəfat edib.

O, insultdan dünyasını dəyişib.

1932-ci ildə anadan olan N.Hüseynov uzun illər hakim vəzifəsində çalışıb.

Əməkdar hüquqşünas 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. 

Sovet və müstəqillik dövründə fəaliyyət göstərən N.Hüseynov 2010-cu il iyulun 2-də təqaüdə yola salınıb.