ALİ BAŞ KOMANDANIMIZIN AD GÜNÜNƏ NÖVBƏTİ TƏQDİMAT KEÇİRİLDİ

0
388

Yazıçılar Birliyinin Natəvan klubunda Şərqiyyə Əbulfətqızının növbəti -52 ci kitabının “TARİX YAZAN PREZİDENT” kitabının təqdimatı keçirildi. Əvvəl Dövlət himnimiz çalındı ,Ulu öndər və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər..
Bu gün həm də Şərqiyyə xanım 55 yaşını geridə qoyurdu.Tədbiri bu kitabın redaktoru İlahə xanım açaraq yazıçı haqqında ətraflı məlumat verdi
Tədbirə şəhid ailələri, ziyalılar, MM deputatı, “Kazaklar” ictimai birliyinin nümayəndələri,qazilər və yazıçını yaxından tanıyan ictimaiyyət nümayəndələri də dəvət edilmişdilər.Belə ki, İlahə xanımın dəvətilə bu sətirlərin müəllifi də təqdimatda iştirak edirdi.
Kitaba rəy verənlərin arasında BMT əməkdaşı Beynəlxalq İnsan Hüquqlarının Müdafiə Komitəsinin eksperti , Beynəlxalq Zaporejye Kazakları Komissarlıgının General- leytenantı, AJB və AYB- nin üzvü, Prezident təqaüdçüsü , gənc yazıçı Mirdaməd Əzizovun da olması məqbul bilindi.Bildiyimiz kimi Azərbaycanda Dövlət gənclər siyasətinin əsası məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş,onun yolunu isə Prezidentimiz ugurla davam etdirir.
Çıxış edənlər-şəhid ailələrinin numayəndələri,qazi İsa Qazaxlı,şairlərdən Fərman Borçalı ,Sultan Nadirsoy,Ataxan Borçalı, Rərvanə Mehmanqızı və digərləri ürək sözlərini şeirlərlə dinləyicilərə çatdırdılar.
Meliorasiya və Hidrotexnika üzrə ETİ – nun şöbə müdiri Məlahət Məmmədova. Könül Əzizova,Zərifə Yeşiltaş,MM -in deputatı Vüqar İsgəndərov, əməkdar müəllim Esmira Rəhimova Ulu öndərimiz və Müzəffər Ali Baş Komandanımız və Ordumuzla baglı sözlərini və kitab haqqında fikirlərini bildirdilər.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin EŞ- nın sədri, ” Yazarlar” jurnalının əməkdaşı,AJB- nin üzvü yazıçı -publusist Nəzakət Kərimova Əhmədova “H.Əliyev- 100 illiyi” çərçivəsində bu təşkilatın l vitse prezidenti Ruhiyyə Poladovanın başçılığı ilə keçirdikləri bir çox tədbirlərdən və Prezidentimiz İlham Əliyevin ad gününü Şirvandakı ” Mərhəmət evi” uşaq sığınacağında idarə heyətilə birlikdə qeyd etdiklərini söylədi. Sonda Ali Baş Komandanımızı və kitabın müəllifini də ad günü münasibətilə təbrik etdi , yazıçı Şərqiyyə xanıma ədəbi fəaliyyətində ugurlar dilədi.
“Kazaklar”İB- nin üzvü Hidayət Yusifov da ulu öndər və 44 günlük müharibədə qazanılmış zəfərdə Ali Baş Komandanımızın “Dəmir yumruğundan danışdı.Həkim – şair Zakir Agdamlı da ürək sözlərini şeiriylə bildirdi.
Təqdimat tədbirinin sonunda xatirə şəkilləri çəkildi..

NƏZAKƏT EMİNQIZI ,

AJB- nin üzvü, “Yazarlar” jurnalının əməkdaşı,yazıçı- publisist