Aleksandrovdan Azərbaycanla bağlı XAİN TƏKLİF: “Bombalayın…” – VİDEO

0
223

Rusiyalı ekspert Mixail Aleksandrov Qərbə neft tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq üçün Azərbaycana raket hücumu təşkil etməyi təklif edib.

Bu barədə Ukraynalı jurnalist Denis Kazanski məlumat verib.

O bildirib ki, Aleksandrov bunu Rusiyanın “россТВ” telekanalının təbliğat proqramlarından birində deyib. Onun sözlərinə görə, neft bazarında rəqiblər raketlərlə məhv edilməlidir.

“İndi onların neft sənayesini bombalasaq, onlar Qərbə neft sata bilməyəcəklər. Bu, neftin qiymətini xeyli artıracaq. Onların neft hasilatına, enerji sisteminə zərbə vurmaq lazımdır” – Aleksandrov təklif edib.

Jurnalist qeyd edib ki, sözügedən rus ekspert sadəcə neftin qiymətini qaldırmaq üçün federal kanalın efirində qonşu dövləti bombalamağı açıq şəkildə təklif edib.

“Rusiya müharibə və öldürmə ilə məşğuldur. Və bu problem hələ də həll edilməli olacaq. Qeyri-adekvat rejim aradan qaldırılana qədər təhdid edəcək”, – Kazanski yekunlaşdırıb.