Albaniya prezidenti: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” – FOTO

0
364

“Səfirlə görüşdə mən bir daha təsdiqlədim ki, Albaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll olunmasına ümid edirəm”.

Bunu Albaniya Prezidenti İlir Meta  “Facebook” hesabında qeyd edib.

O, Azərbaycanın ölkəyə təyin olunan yeni səfiri Anar Hüseynovun etimadnaməsini qəbul edərkən bildirib ki, iki ölkə arasında çox yaxşı olan siyasi münasibətlərə dəyər verir və xüsusilə də enerji, turizm və kənd təsərrüfatı sahələrində azərbaycanlı investorlarının daha geniş iştirakını diləyir.