“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” yoxlama görüşündə qüvvəsini sınayıb.
Albaniya klubu yerli “Apolonia” ilə qarşılaşıb.
“Laçi” gələn həftə “Keşlə” ilə Bakıdakı matçı süni örtüklü meydançada oynayacağı üçün “Apolonia” Peze-Helmesdə yerləşən süni örtüklü arenada oynamağa razılıq verib. Qarşılaşma “Laçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qola 14-cü dəqiqədə nigeriyalı hücumçu Kirian Nvabuez imza atıb.
Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” oyunu saat 21:00-da başlayacaq.