Aktauda Heydər Əliyevin 96-ci və İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

0
711

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 96-ci il dönümünə və Dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirmişdir. Universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi” və Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyəti ilə birgə təşkil olunmuş tədbirdə universitetin rəhbərliyi və tələbələrlə yanaşı Atırau vilayətin Akimliyinin (qubernatorluğunun) nümayəndələri, vilayətdə fəaliyyət göstərən milli mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər.
Universitetin rektoru, kimya elmləri doktoru, professor Ablaz Axad oğlu Taltenov Heydər Əliyevin haqqında tədbir iştirakçılarına məlumat verərək, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolu, iki qardaş xalq arasında əlaqələrin möhkənləndirilməsi, 90-cı illərin əvvəlində müstəqilliyini yenicə əldə etmiş hər iki dövlət üçün zəruri olan qarşılıqlı dəstəyin həyata keçirilməsi sahəsində apardığı siyasət haqqında danışıb.Rektor Heydər Əliyevin adı ilə bağlı Baş konsulluq tərəfindən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə bir dəfəlik təqaüdələrin verilməsini yüksək qiymətləndirərək, təqaüd alan hər bir tələbə üçün həyatının önəmli nailiyyətlərindən olduğunu bildirmişdir.
Sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışmışdır. Baş konsulluğun rəhbəri çıxışında, artıq səkkizinci il təqdim olunan təqaüdün qaliblərinin universitet rəhbərliyi ilə Baş konsulluq arasında universiteti əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələri arasından seçildiyini qeyd etmişdir.
E.Zeynalov həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə 2019-cu ili “Nəsimi ili” elan etməsi haqqında məlumat verərək, Baş konsulluğun təşəbbüsünə dəstək verərək, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə görə öz təşşəkkürünü bildirib.
Daha sonra, Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan, habelə bu sahədə aparılmış və hazırda davam etdirilən siyasət barədə danışıb.
Tədbirin sonunda universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən suvenirlər, Baş konsulluq tərəfindən nəşr etdirilmiş “İki xalq – bir tale” kitabları, həmçinin Atırau vilayətindən fəaliyyət göstərən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə hər bir tələbəyə 75 min tənqə məbləğındə təqaüd təqdim edilib.
Təltiflərdən sonra Heydər Əliyev təqaüdünə layiq görülmüş tələbələr çıxış edərək, öz münnətdarlıqlarını bildiriblər.
Tədbirin ikinci hissəsində universitetin baş müəllimi filologiya elmləri namizədi, dosent Kurkutova Marta Berik qızı “Nəsimi yaradıcılığının irsi” mövzusunda, fəlsəfə elmləri namızədi Kenjebayev Azamat Abulxair oğlu “Nəsiminin fəlsəfi baxışları və müasir dövr” mövzusunda çıxışlar etdilər.
Çıxışlardan sonra universitetın tələbələri Nəsiminin Azərbaycan, rus dillərində şeirlərinin oxuyublar.
Qeyd etmək istərdik ki, Nəsiminin 650 illik yubileyi ilə bağlı universitetin filologiya fakültəsinin tələbələri üçün xüsusi dərslər də keçirilib. “Nəsimi” filmi nümayişi olunub