“Akıncı” Rəisinin helikopterini axtaranda niyə Təbrizə uçub? – DETALLAR

0
67

İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin yerini müəyyən edən “Akıncı” PUA-nın axtarış əməliyyatına Təbriz şəhərindən başlaması müzakirələrə səbəb olub.

Türkiyə mediası uçuş marşrutunun başlanğıcı kimi Təbriz şəhərinin seçilməsinin səbəblərini araşdırıb.

“Haber7” saytı hava sahəsi üzrə mütəxəssislərə istinadən yazır ki, “Akıncı”nın qəzanın baş verdiyi bölgəyə Təbriz şəhəri üzərindən getməsi zaman qazanmaq baxımından önəmli idi.

“Rəisinin olduğu helikopterin getdiyi nöqtə Təbriz idi. Buna görə “Akıncı” eniş nöqtəsi olan Təbrizdən başlayaraq, helikopterin havalandığı nöqtəyə doğru axtarış işlərini həyata keçirdi. Çünki helikopterin düşdüyü nöqtə bilinmirdi, “Akıncı”nın belə marşrut seçməsi də qısa zamanda nəticənin əldə edilməsi məqsədi daşıyırdı. Saat 23:30-da Batmandan havaya qalxan “Akıncı” saat 00:45-də qəza bölgəsinə çatdı və axtarış işlərinə başladı. Saat 02:36-da artıq helikopterin qalıqları tapılmışdı”, – sayt yazır.

Qeyd edək ki, “Akıncı”nın uçuş marşrutunu internet üzərindən 6 milyondan çox insan izləyib.