Ailəsi Ağakərimə baxmır? – Ağamirzədən REAKSİYA

0
370

“Kərimə çox gözəl baxılır. Ona ancaq həkimin yazdığı dərmanlar verilir. Bunu polislə, həkimlə öyrənmək olar. Mənliyimə and olsun ki, ailəsi Kərimə çox yaxşı baxır. Oğlu da çox yaxşı oğlandır. Nazənin xanıma gəldikdə isə, o, bizə hər zaman qardaş deyib. Ola bilsin yanlış məlumatlar verilib”.

Bu sözləri meyxanaçı Ağamirzə Məmmədov instaqramda paylaşdığı videomüraciətdə deyib. Meyxanaçı sosial şəbəkələrdə yataq vəziyyətində olan dostu haqqında yayılan “Arvadı Nazəninə görə Ağakərimə pis baxır” fikirlərinin yalan olduğunu açıqlayıb.

Xatırladaq ki, ötən həftə şairə Nazilə Səfərli də Ağakərimin oğlunun onun qeydinə qalmadığını, ona psixotrop dərmanlar verdiyini, bağ evini 150 minə satdığını iddia etmişdi. Meyxanaçının oğlu Kamil şairəni polisə şikayət etmiş, daha sonra ərizəsini geri götürəcəyini açıqlamışdı.