Aİ Suriyaya silah tədarükünü qadağan etdi

0
12

Suriyaya qarşı iqtisadi sanksiyaları tamamilə ləğv etmək üçün siyasi qərar qəbul etdikdən sonra Avropa Birliyi sabiq prezident Bəşər Əsəd və onun ətrafına qarşı məhdudiyyətlərin qüvvədə qalacağını, Suriya ilə silah ticarətinin də qadağan olunacağına aydınlıq gətirib.

Bu barədə Aİ Şurasının saytında məlumat verilib.

Qeyd olunur ki, Suriyaya daxili repressiya üçün istifadə oluna biləcək texnologiyaların tədarükünə qoyulan qadağa da qüvvədə qalacaq. Aİ insan haqlarını pozan və Suriyada qeyri-sabitliyi qızışdıranlara qarşı sanksiyalar tətbiq edə bilər.

Bundan əvvəl Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas bildirmişdi ki, Aİ Suriya xalqına ölkəni yenidən qurmağa kömək etmək üçün Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edir.

Mart ayında Kallas Aİ-nin Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib və keçid hökumətinin yaradılmasını təsdiqləyib.