Aİ Qarabağı tərk edən erməni əhalisinə yardım üçün əlavə 1,7 milyon avro ayırıb

0
675

Avropa İttifaqı Qarabağı tərk edən erməni əhalisinə yardım üçün əlavə 1,7 milyon avro ayırıb.

Bu barədə Avropa Komissiyasının (AK) mətbuat xidməti məlumat yayıb.

“Avropa Komissiyası Qarabağdan gələn insanların kütləvi axınına cavab olaraq Ermənistana humanitar yardımı təxminən 1,7 milyon avro artırır. Yeni maliyyə vəsaiti köçkünlərə pul yardımı, sığınacaq, ərzaq təhlükəsizliyi və dolanışıq yardımı, mühafizə və səhiyyə təmin etməklə Aİ-nin mövcud humanitar yardımını daha da gücləndirməyə yönəldiləcək”, – AK-nın bəyanatında deyilir.

Əlavə olaraq qeyd edilir ki, bu maliyyə Avropa Komissiyası tərəfindən böhrana cavab olaraq artıq ayrılmış 10,45 milyon avroya əlavədir və 2023-cü ildə ümumi humanitar yardımı 12 milyon avrodan çox təşkil edir.