Aİ qərar verdi: İrəvanla Bakı arasında münasibətləri normallaşdırmaq üçün…

0
209

Avropa İttifaqının xarici işlər nazirləri Ermənistanda mülki missiyanın (EUMA) yaradılması barədə qərar qəbul ediblər.

Onun vəzifəsi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün şərait yaratmaq olacaq. Missiyanın mandatı iki ildir.

“Aİ Şurası bu gün Aİ-nin Ermənistanda Mülki Missiyasının (EUMA) yaradılması ilə bağlı razılığa gəlib. Onun vəzifəsi Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına şərait yaratmaqdan ibarət olacaq”, – Avropa İttifaqı Şurasının saytında dərc olunan bəyanatda deyilir.

“EUMA mandatı iki il müddətində, 2025-ci ilə qədər qüvvədə olacaq, ofis Ermənistanda yerləşəcək”, bəyanatda deyilir. Missiyanın əməkdaşları Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edəcək.

Avropa Xarici Əlaqələr Xidmətinin mülki planlaşdırma və davranış departamentinin rəhbəri Stefano Tomat EUMA-nın komandanı təyin edilib. Ermənistanda onu idarə edəcək missiyanın rəhbəri tezliklə təyin olunacaq