Aİ ölkələrinin XİN başçıları QarabağI müzakirə edəcək

0
425

Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər Nazirləri Dağlıq Qarabağdakı vəziyyəti nəzərdən keçirəcək.

Aİ bu münaqişənin həllində siyasi rol oynamaq istəyir.

“Siyasi həll yolunu tapmaq üçün zəruri olan atəşkəsi alqışlayırıq. Aİ üzvü olan Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və Avropa İttifaqı bu münaqişənin həllində siyasi rol oynamaq istəyir. Nazirlərin görüşündə bu məsələ müzakirə mövzusu olacaq”, – Aİ rəsmisi söyləyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar.