Aİ-nin yeni texniki missiyası artıq Ermənistandadır.
Bunu ölkənin İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qeyd edək ki, dekabrın 19-da Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Ermənistanda mümkün daha uzunmüddətli missiyasına yol açacaq “keçid qrupu” ilə Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsinin başlandığını elan edib. Onun sözlərinə görə, yeni missiyanın əsas məqsədi regionda davamlı sülhü təşviq etməkdir.
Xatırladaq ki, oktyabrın 20-də başlayan Aİ monitorinq missiyasının mandatı dekabrın 19-da başa çatıb.