Aİ elan etdi: Ermənistanda mülki missiya fəaliyyətə başladı

0
148

Avropa İttifaqı bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində fəaliyyət göstərəcək Aİ-nin Ermənistanda Mülki Missiyasının (EUMA) fəaliyyətə başladığını elan edib.

EUMA-nın yaradılması haqqında qərar Avropa İttifaqı Şurası tərəfindən 23 yanvar 2023-cü ildə qəbul edilib.

Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşən missiyanın məqsədləri Ermənistanın sərhədyanı rayonlarında sabitliyə töhfə vermək, münaqişədən zərər çəkmiş icmalarda etimadı və təhlükəsizliyi gücləndirmək, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli mühiti təmin etməkdir.

“EUMA-nın müstəsna mülki missiyasının 50-yə yaxın silahsız müşahidəçi də daxil olmaqla 100-ə yaxın üzvü olacaq”, – bəyanatda deyilir.

Missiyanın əməliyyat qərargahı Vayotsdzor vilayətinin Yexeqnadzor şəhərində yerləşəcək. Mülki əməliyyat komandiri Stefano Tomat, missiya rəhbəri isə Markos Ritter olacaq.