“AgroX” müsabiqəsinin qalibi “Antivarroa” startapı olub

0
590

“AgroX” innovasiya müsabiqəsinin qalibi Gəncədən olan “Antivarroa” (arıları gənələrdən xilas edən qurğu) startap komandası olub.

Oktyabrın 8-də Bakıda keçirilən “AgroX” innovasiya müsabiqəsinin yekun təqdimat mərasimində ikinci yerə arıçılıqla bağlı “MrBee” komandası, üçüncü yerə isə “Otmilk” komandası layiq görülüb.

“AgroX” Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi və “İNNOLAND” Akselerasiya Mərkəzinin dəstəyi ilə “Startap Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilib. Müsabiqənin mükafat fondu 12 min manat olub. Birinci yerin qalibinə 6 min manat, ikinci yerin sahibinə 4 min manat, üçüncü yer tutan startapa isə 2 min manat mükafat verilib.