“Ağlım olsaydı, qətiyyən…” – Nisə Qasımova

0
13

“Ağlım olsaydı, qətiyyən müğənni olmazdım. Yaxşı bacı, ana, bağça müəlliməsi, həkim olardım”.

Bu sözləri 71 yaşına qədəm qoyan Xalq artisti Nisə Qasımova “Qonaqcanlı” verilişində deyib.

Sənətkar bu illər ərzində sənət yolunda keçdiyi çətin və keşməkeşli günlərdən söz açıb:

“Mən oxumağa məcbur oldum. Çünki mən o illərdə nə yolun yarısında, nə də ki, ortasında idim… Geri çəkilməkdə… O dövrdə mənə olan psixoloji təxribatlar və daha nələr və nələr… Onlar məni geri çəkilməyə vadar etmək istəyirdilər. Sadəcə mən fiziki və psixoloji gücümə güvənib dedim ki, davam etmək lazımdır. Mən heç zaman “birinci”, “məndən yoxdur”, “mən və mən” iddialarında olmamışam. Çünki daxili dünyamda “mən” eqosu ilə yaşamamışam. Qabağıma çəkilən o çəpərləri keçmək asan deyildi”. (olay)