Agentlik sədri bu il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə veriləcək avtomobillərdən DANIŞDI

0
324

“Bu il üçün 160-a yaxın avtomobilin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə verilməsi nəzərdə tutulub”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq 50 avtomobil müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə verilib:

“Bu günədək 7 250 avtomobil bu kateqoriyadan olan şəxslərə təqdim edilib”.