Ağdaşda 16 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

0
329

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 16 yaşlı Ağdaş rayon sakininin ana olması ilə bağlı açıqlama verib.

Qurumdan cavab olaraq bildirilib ki, Ağdaş rayon sakini olan 16 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub:

“Məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır”.

10:26

Ağdaş rayon sakini olan 16 yaşlı qız ana olub.

Məluma görə, 2006-cı il təvəllüdlü R.C. Göyçay Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib. 

Faktla bağlı araşdırma aparılır.