Ağdamın 6 kəndində məskunlaşan ermənilərə sabaha qədər VAXT VERİLDİ

0
413

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr razılaşmasına əsasən, noyabrın 20-dək Ermənistan ordusu Ağdam rayonunu tərk etməlidir.

1993-cü ildə rayon ərazisi işğal olunduqdan sonra Ağdamın 6 kəndində erməni sakinlər qanunsuz məskunlaşmışdı.

Rəsmi Yerevan həmin kəndlərdə yaşayan ermənilərə noyabrın 19-u gecə saat 23:00-a qədər bu yaşayış məntəqələrini tərk etməyi tələb edib.

Kəndlərin erməni sakinləri Ağdamı tərk etməyə və Ermənistana qayıtmağa hazırlaşır.