“Bu gördüyünüz tayada 70 kq pambıq olduğu iddia edilir. Ümumilikdə yanan pambığın həcmi isə təxminən milyonlarla manata yaxın vəsaitə bərabərdir”.
İctimai Nəzarət Koalisiyasının Ağdam rayon təmsilçisi İnşallah Qarayev Ağdam rayonunda pambıq tayalarının yanması ilə bağlı məlumat verərək bildirmişdir:
“Ağdamda pambıq məntəqələrindəki yanğını Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hələ də tam söndürə bilməyib.
Müxtəlif peşə sahiblərinin birgə gərgin əməyi və zəhməti hesabına toplanmış pambığın yanıb kül olmasının səbəblərinin hələ də açıqlanmaması ictimaiyyət arasında fərqli münasibətlərin və qınaqların qlobal miqyasını yaratmış olur”.
Bir çox mətbuat orqanlarına yanğının çəkilisinə icazə verilməməsi bunu bir daha sübut edir.
“ictimaixeber.az”