Bakıdan Ağdama getmək istəyənlər səfər arzusunu sabah reallaşdıra bilərlər. Belə ki, yanvarın 24-də baş tutacaq səfər üçün hazırda satışda biletlər var.
18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı işğaldan azad edilən ərazilər üzrə təyin olunmuş istiqamətlərə bilet alaraq səfər edə bilər.
Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9,40 manat təşkil edir.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10,40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9,40 manat təşkil edir.
Həmçinin Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.