Vaşinqton Universitetinin tədqiqatçıları ağcaqanadların qidalanma davranışını öyrəniblər.
Bu barədə “Fox Weather” yazıb.
Alimləri xüsusilə ağcaqanadların qida mənbələrini necə tapması, o cümlədən ilk növbədə nektarla qidalanan erkək ağcaqanadlar və yumurta istehsalını dəstəkləmək üçün qan tələb edən dişi ağcaqanadlar arasındakı davranış fərqləri maraqlandırıb. Tədqiqatçıların fikrincə, ağcaqanadlar bəzi insanlar digərlərindən daha tez-tez sancırlar.
“Dərimizin qoxusu, tərimiz, nəfəsimiz, buraxdığımız karbon qazı əslində ağcaqanadlar üçün çox güclü bir siqnaldır. Və təbii ki, geyindiyimiz paltarlar”, – alimlər qeyd edirlər.
Tədqiqatçılar bildiriblər ki, ağcaqanadlar ağ və yaşıl rəngləri sevməsələr də, onları xüsusilə qırmızı və qara rəng cəlb edir.
Onlar ağcaqanadların hədəfləri seçmək və qan yeməyi əldə etmək üçün görmə və qoxu hisslərindən necə istifadə etdiyini öyrəniblər.
Alimlərin fikrincə, ağcaqanadlar da qarşılıqlı təsirdən öyrənə bilərlər. Əgər səni cazibədar görsələr sancmaqdan həzz almağa başlaya bilərlər. Bununla belə, onlar sizdən qaçmağı da öyrənə bilərlər. Əgər siz onları döyməyə çalışsanız, onlar sizdən uzaq durmağı öyrənəcəklər.