Ağcaqanadlardan qorunmağın asan və təbii yolu – MARAQLI

0
539
Yay aylarında hamımız təmiz havada daha çox vaxt keçirmək, parkda gəzmək, yaşıllığın və təbiətin dadını çıxarmaq istəyirik. Ancaq ağcaqanadlar bu istəyimizə kölgə salır.
 Vanil tozu 
Vanil tozunu 1 ilə 10 nisbətində körpə losyon ilə qarışdırın və bədəninizin bütün açıq qisimlərinə tətbiq edin. Vanili suda əridə və hazırlanan qarışığı dərinizin açıq sahələrinə və paltarınıza püskürdə bilərsiniz.
Zirə, mixək, reyhan və evkalipt yağları
Zirə, qərənfil, reyhan və evkalipt yağlarını dərinizin açıq hissəsinə tətbiq etməklə ağcaqanadları özünüzdən kənarlaşdıra bilərsiniz.
Mixək
Bir stəkan suya 5 qram mixək atın və 15 dəqiqə qaynadın. 10 damcısını 1 xörək qaşığı odekolon ilə qarışdırın və qarışığı bədənininzin açıq hissələrinə tətbiq edin.
 Ardıc budaqları 
Haradasa ocaq yandırmağa qərar versəniz, içinə bir neçə ardıc budağı atın və ağcaqanadları özünüzdən uzqlaşdırın.
 Sidr yağı 
Sidr yağı qoxusu sadəcə ağcaqanadları deyil, eyni zamanda milçəkləri və hamam böcəklərini də uzaqlaşdırır.
Şampun və sirkə
Ağcaqanad və milçəkləri uzqlaşdırmaq üçün effektli üsullardan biri də şampun və sirkədir. Bu iki mayeni  bərabər miqdarda ağ köpük əmələ gələnə qədər qarışdırın və alınan qarışığı evinizin bir küncündə ağzı açıq şüşə içində saxlayın.