Ağcaqanadlara qarşı yeni mübarizə üsulları işlənib hazırlanıb

0
729

Çin alimlərinin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə apardıqları tədqiqat denge qızdırmasını, Zika virusunu və digər təhlükəli xəstəlikləri yayan ağcaqanadlara qarşı mübarizədə irəliyə doğru atılmış çox ümidverici addımdır.

Alimlər iki metoddan ibarət kombinasiya tətbiq ediblər: nüvə sterilizasiyasını və bakterial təsiri. Nəticələr göstərir ki, bu metodun köməyi ilə dünyada ağcaqanadların ən invaziv növlərinin səhra populyasiyasını, demək olar, tamamilə aradan qaldırmaq mümkündür.