
Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədiyə atılmış “smerç” raketi boş əraziyə düşüb.
ANAMA-dan verilən məlumata görə, raket partlamayıb.
ANAMA-nın əməkdaşları onu yerində zərərsizləşdirib.
Müharibə başlayandan Ağcabədi və Ağdam rayonları ərazisində partlamamış 14 “smerç” raketi zərərsizləşdirilib.