Ağ Ev rəsmisi: “Ukrayna əks-hücum üçün bütün lazımi silahlarla təmin olunub”

0
250

Ukrayna əks-hücum üçün bütün lazımi silahlarla təmin olunub.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

“Ukraynanın qarşıdakı həftələr və aylarda əks-hücum əməliyyatına başlaması üçün lazım olan hər şey var”, – deyə o vurğulayıb.

Kirbi əks-hücumun başlama tarixini açıqlamayıb. Onun sözlərinə görə, bilsəydi belə, bu barədə açıqlama verməzdi.

“Bu barədə Ukrayna Prezidenti Voladimir Zelenski danışa bilər”, – deyə Kirbi əlavə edib.