Ağ Ev QORXU İÇİNDƏ – ABŞ-ı ciddi təhükələr gözləyir

0
37

Birləşmiş Ştatlar noyabrın 5-də keçiriləcək seçki günü ilə 2025-ci il yanvarın 20-də yeni prezidentin andiçmə mərasimi arasında xarici ölkələrin daxili vəziyyəti qeyri-sabitləşdirmək cəhdlərindən narahatdır.

Bu barədə “Washington Post” öz mənbələrinə istinadla məlumat yayıb.

“Co Bayden administrasiyası ABŞ-ı təhdid etmək və ya ölkədə sabitliyi pozmaq üçün xarici cəhdlərə qarşı hazır vəziyyətdədir. Pentaqon İran, Şimali Koreya, Rusiya və Çin də daxil olmaqla bir sıra ölkələrdən seçkidən sonrakı dövrdə potensial təhdidlərə diqqət yetirir”, – mənbə bildirib.

Xatırladaq ki, varlı amerikalılar seçkilərdən sonra ABŞ-ı kütləvi şəkildə tərk etməyə hazırlaşırlar. Bu, səsvermənin nəticələrindən asılı olmayaraq baş verə biləcək mümkün siyasi və sosial iğtişaşların qorxusu ilə bağlıdır.