3 fərqli 7 mərtəbəli “küp”də (3 eksperimental binada) bir otel və iki yaşayış kompleksi olacaq və Qahirə şəhərindən şərqdə, Yeni İnzibati Paytaxtda yerləşəcək.
Gözəl dizayn edilmiş memarlıq üçlüyü, dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi əraziyə əsrarənglik gətirəcək.
Studiya, bu layihə üçün misirli dizayner Şimaa Şalaş və italyan landşaft memarı Laura Gatti ilə əməkdaşlıq edib.
Həcmli yaşıllıq hər üç binanın terrasına qədər uzanır. Boeri 100-dən çox növdən ibarət 350 ağac və 14000 kolun böyüyəcəyini təxmin edərək ərazidəki havanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Qeyd edək ki, “Şaquli meşə” nin inşası 2020-ci ildə başlayacaq və 2022-ci ildə tamamlanacaq. Mühəndislərin fikrincə bu layihə Qahirəni yaşıl bir metropolisə çevirmək üçün yalnız bir başlanğıcdır.