“Afrika taunu”na görə Rusiyanın bəzi bölgələrində karantin elan edildi

0
433
393872 13.05.2009 Сбор умерших животных на территории свиноводческого комплекса товарищества "Вамин – Татарстан", где проходили учения по отработке действий сводного противоэпизоотического отряда в очаге эпизоотии АЧС (африканская чума свиней). Максим Богодвид / РИА Новости

 

Rusiyanın Primorsk diyarında “Afrika taunu” yayılıb. Donuzların kütləvi ölümünə səbəb olan bu xəstəliyə görə Kirov rayonunda karantin elan edilib.

Hazırda mütəxəssislər xəstəliyin qarşısının alınması üçün tədbirlər görürlər, özəl sektorda ev təsərrüfatlarının dezinfeksiyasını həyata keçirirlər.

Qeyd edək ki, “Afrika taunu” baş vermiş təsərrüfatda karantin təyin olunur, həmin təsərrüfat ətrafında 5-20 km radiusda təhlükəli zona və 100-150 km radiusda isə yoluxma qorxusu ola biləcək zona müəyyən edilir və bu zonalarda müvafiq tədbirlər aparılır.

Xəstə təsərrüfatda olan bütün donuzlar qansız üsulla öldürülür. Öldürülmüş və xəstəlikdən tələf olmuş donuzlar, peyin, yem qalıqları və az qiymətli müxtəlif avadanlıqlar yandırılır. Eyni vaxtda, həşərat və gəmiricilərə qarşı da qırıcı tədbirlər aparılır.