Sabah AFFA-nın növbədənkənar Konfransı keçiriləcək.
Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
– AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması;
– Digər məsələlər.
Xatırladaq ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.